Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata ocağında tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin “Mübariz” povestinin təqdimatı olub.
Mərasimdə igid Azərbaycan övladının doğmaları, kənd ziyalıları, müəllif, kitaba ön söz yazmış yazıçı-dramaturq Əli Əmirli iştirak ediblər.
“Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çox yüksək keyfiyyətlə, nəfis şəkildə çap olunmuş povestdə 22 yaşlı Milli Qəhrəmanın nəsillərə örnək olan həyatı, döyüş yolu öz əksini tapıb. Kitab Prezident İlham Əliyevin Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi haqqında Sərəncamı ilə açılır. Nəşrdə Mübarizin qısa, lakin şərəfli ömür yolundan bəhs edilir, igid döyüşçünün daxili aləmi, həyəcanları, mənəvi dünyasında baş verən oyanış, onu daim narahat edən və intiqama səsləyən hiss və həyəcanlar bədii boyalarla verilib.
Tədbirdə çıxış edən Mustafa Çəmənli kitabın ərsəyə gəlməsini qəhrəmanın ruhuna bir tohfə kimi qiymətləndirib.
Beş yüz nüsxədə çap olunmuş kitabın pulsuz paylanması nəzərdə tutulub.

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE